IQNA

Quran memarlığı ilə yeni Dubay kitabxanasının açılışı olub

9:20 - June 23, 2022
Xəbər sayı: 3492447
Qurani-Kərimə bənzəyən xüsusi arxitekturaya malik "Məhəmməd İbn Rəşid" kitabxanası müxtəlif dillərdə bir milyon cilddən çox çap və elektron kitablar və 9 mərtəbədə geniş imkanlarla açılmışdır.

"İQNA", "Daily News"-a istinadən xəbər verir ki, Dubay körfəzinə baxan Məhəmməd ibn Rəşid Kitabxanası keçən həftə bazar ertəsi, iyunun 13-də açılıb.

Quran abidəsi formasında dizayn edilmiş və bir milyard dirhəm (272,3 milyon dollar) dəyərində tikilmiş kitabxananın açılışını vitse-prezident və Dubayın hökmdarı Şeyx Məhəmməd ibn Rəşid edib.

Binanın xarici görünüşü açıq kitab kimi görünür. Layihənin saytı xəbər verir ki, bu bina İslamın müqəddəs kitabını oxuyarkən onun yerləşdirilməsi üçün istifadə edilən Quran rəhli formasında hazırlanıb.

4065882

captcha