IQNA

Fevral ayında Port Səid Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

20:45 - December 31, 2023
Xəbər sayı: 3495217
İQNA – Misirin vəqflər naziri hər il Port Səiddə keçirilən beynəlxalq Quran yarışının 2024-cü il fevralın 1-də başlayacağını açıqlayıb.

Əl-Əhram saytının məlumatına görə, Misirin vəqflər naziri Məhəmməd Muxtar şənbə günü Port Səidə səfəri zamanı bildirib ki, beynəlxalq yarışma 2024-cü ildə ölkənin ən böyük Quran tədbiri olacaq.

Port-Səid rəsmilərinin verdiyi məlumata görə, müsabiqə Misir baş nazirinin xüsusi dəstəyi ilə Quran hifzi və ibtihal kateqoriyaları üzrə keçiriləcək.

Müsabiqənin bu dövrü Misirin və İslam dünyasının tanınmış adlarından olan mərhum Şeyx Şahad Məhəmməd Ənvarın adını daşıyır. 60-dan çox ölkədən nümayəndənin iştirakı ilə keçirilən müsabiqə fevralın 6-dək davam edəcək.

Misirin Vəqflər naziri Məhəmməd Muxtar Cümə Port Səid məscidinin imamları ilə görüşündə beynəlxalq yarışlar arasında şəhər əhalisi üçün yerli Quran müsabiqəsi təşkil etməyi təklif edib.

captcha