IQNA

İQNA; İslami məzhəblər arasında yaxınlaşma üzrə ən yaxşı media

23:23 - August 10, 2014
Xəbər sayı: 1437951
Siyasi qrup: İQNA – Beynəlxalq Quran Xəbər Agentliyi, İslami məzhəblər arasında yaxınlaşma (Təqrib) üzrə ən yaxşı media olaraq seçilərək mükafatlandırıldı.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə "Jurnalistlər" günü yaxınlaşması münasibəti ilə avqust ayının altısında İslami məzhəblər arasında yaxınlaşma üzrə ən yaxşı mediaların mükafatlandırılması üçün keçirilən mərasimdə Beynəlxalq Quran Xəbər Agentliyi, İslami məzhəblər arasında yaxınlaşma (Təqrib) üzrə ən yaxşı media olaraq seçilərək mükafatlandırıldı.
Mərasim Ayətullah Möhsin Əraki – (İslami Məzhəblərin Yaxınlaşması Dünya Təşkilatının baş katibi), Ayətullah Məhəmmədəli Təsxiri, KİV rəisləri və jurnalistlərin iştirakı ilə "Şəhidlər Muzeyi"ndə keçirilmişdir.
Bu mərasimdə İQNA-nın icraçı müdiri Həmid Sabir Fərzam və başçılıq etdiyi media ən yaxşı xəbər agentliyi seçilərək mükafatlandırıldı. Həmçinin İQNA-nın jurnalistləri də bu mərasimdə aktivlikdə fərqləndikləri üçün hədiyyələr aldılar.
Bu mərasimdə təsviri medialar arasında "əl-aləm", "kövsər" və "presstv" kanalları mükafatlandırıldı.
Mərasimin sonunda "İslami Məzhəblərin Yaxınlaşması" xəbər agentliyinin jurnalistləri də təltif olundular.
Teqlər: iqna ، kiv ، media
captcha