IQNA

Qərbdə İslamofobiyaya bir baxış/1

Qərb KİV-lərində həqiqi İslamın izolyasiya və təcridi / İŞİD islamının genişləndirilməsi

7:58 - December 08, 2014
Xəbər sayı: 2616218
Xarici şöbə: Qərb KİV-ləri həmişə İslamofobiyanı yayır, mənfi və əks-təbliğatlarla həqiqi İslamı izolyasiya və inzivaya məcbur edir, özlərinin İŞİD və Əl-Qaidə fomasında yaratdıqları İslamı təbliğ edirlər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Məhəmmədhüseyn Hüseyni – (Pakistanın "Qaidul-əəzəm" mədəniyyət akademiyasının rəisi və bu ölkədə qəzet yazarı), "KİV-lərin zorakılıq və radikalizimlə mübarizədə rolu" adlı bir məqalədə Qərbin KİV-lərdə İslamofobiya siyasətinin genişləndirilməsi barədə təhlillər etmişdir.



O yazır: Bu gün hərbi meydanlardakı qələbə üçün KİV-lərdəki soyuq müharibənin əsaslı təsiri vardır. KİV-də qələbə hərbi meydanlardakı qələbənin başlanğıcıdır.



Bu gün KİV qüdrəti Qərbin əlində olduğu üçün İslamı əsas düşmən göstərərək ən murdar və mənfur döyüşləri bu dinin əleyhinə başlayıblar.



Bu gün qərblilər kino yerinə Qərbin becərdiyi İŞİD və Əl-Qaidənin cinayətlərindən ibarət xəbərləri tamaşa edirlər. Bu cinayətlər hamısı İslama və bütün müsəlmanlara nisbət veririlir. Bu təbliğatların nəticəsində qərblilər elə fikirləşirlər ki, hər an mümkündür müsəlman terroristlərin qaçırdığı bir təyyarə onların yaşadığı binalara terror hücumu edəcək və ya hər an mümkündür istifadə etdikləri ümumi nəqliyat partlasın. Bu elə bir dərəcəyə çatıbdır ki, qərblilər hansısa bir təyyaradə bir pakistanlı ya əfqanistanlı bir sərnişini əlində təsbih və saqqal ilə gördükdə salonu tərk edir və bu səfəri risk hesab edirlər.



Bu əks-təbliğatın nəticəsində bu gün dünyanın hər bir yerində bir partlayış hadisəsi baş verirsə, insanlar ilk baxışda bunu bir müsəlmanın etdiyini düşünürlər.



Sionistləri məzlum göstərmək



Qərb KİV-ləri İslamofobiya yönündə apardıqları siyasətin biri də budur ki, onlar Fələstin, Kəşmir, Livan, Əlcəzair və başqa müsəlman ölkələrindəki xalq müqavimətlərini terrorçu kimi tanıdaraq və İran İslam İnqilabı və Livan Hizbullahı haqqındakı həqiqətləri təhrif edərək işğalçı İsrail rejimini dünyaya terrorçu müsəlmanların arasında tək qalmış məzlum kimi tanıtdırmaq istəyirlər.



Bu KİV-lərdə İran İslam Respublikası, Pakistan, Əfqanıstan və Keşmir müsəlmanları dünyaya terrorizimin hamisi və bunun müqabilində İngiltərə, Amerika, İsrail və onların müttəfiqləri demokratiya, sülh və təhülkəsizliyin tərəfdarları kimi tanıtdırılır.  



Qərbin CNN, FOX NEWS, BBC və digər KİV-ləri hər bir hərbi əməliyyatdan öncə müsəlmanları vəhşi kimi tədqim edərək hərbi əməliyyatlar zamanı qətliam olunacaq hər bir müsəlman uşağı, qadını və qocaların ölümünü qanuniləşdirirlər, qərblilər bu xəbərləri eşidəndə məsələni soyuqqanlıqla və sanki öldürülmək bunları haqqı imiş kimi qəbul edirlər.



Qərb KİV-lərində təhrif



Sionistlərin Qəzzəyə son hücumlarında yüzlərlə uşağın öldürülməsi, kimyəvi silahlardan istifadə və s. kimi cinayətlər Qərb KİV-lərində göstərilmədi. Amma bir yəhudi əsgərinin öldürülməsi və yaralanması və ya bir-neçə yəhudinin sığınacaqlara tərəf qaçması o dərəcədə şişirdildi ki, sanki yəhudilər nüvə silahlarıdan geniş miqyaslı hücuma məruz qalmışdılar.



Qərblilər buna kifayət etmir, kitab, qəzet və jurnallarda yalançı araşdırmalarla İslam dinini zorakılıq dini kimi insanlara çatdırmaq niyyətindədirlər.



Bu kitablardan biri də 1991-ci ildə ABŞ tərəfindən çap edilmiş "İslam, Məsihiyyət və Yəhudiyyət" kitabıdır.



Amerikanın "US News and World Report" xəbər jurnalı 1987-ci ilin oktyabr buraxılışında yazır: "İranda şiələrin şəhidliyə sevgisi onların əsas etiqadlarını təşkil edir. Və təəssüflər olsun ki, bu etiqad İranın sünni məzhəbindən olanlara da keçmək üzərədir.



"Vaşinqton" və "Nyu-York" jurnallarında dəfələrlər "qırmızı komunizim təhlükəsindən sonra yaşıl islam təhlükəsi" adı altında məqalələr yazılıb... (ardı var...). 



2612154      

Teqlər: qərb ، kiv ، islamofobiya ، komunist ، iran ، pakistan ، fələstin ، israil
captcha