IQNA

Tehranda “İslami radio və televiziyalar birliyi”nin iclası başladı

18:52 - August 16, 2015
Xəbər sayı: 3344917
Beynəlxalq şöbə: Bu gün səhər, 16 Avqust 2015-ci il, “İslami radio və televiziyalar birliyi”nin 8-ci ümumi iclası İranın “Səda və Sima”sının toplantılar salonunda öz işinə başladı.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “İslami radio və televiziyalar birliyi”nin 8-ci ümumi iclasının keçirildiyi yerdən verdiyi xəbərə görə, bu mərasim bu gün səhər, 16 Avqust 2015-ci il, səhər saat 10:00-da Quran – Kərimdən ayələrin tilavəti və Höccətul – İslam vəl – müslimin Əli Kərimiyanın – “İslami radio və televiziyalar birliyi”nin baş katibi, çıxışı ilə öz işinə başlamışdır.



Kərimiyanın sözlərinə görə, “rəhmət peyğəmbəri; müqavimət mediasının risaləti” devizi ilə işə başlamış bu iclasın əsas hədəfi İŞİD kimi ünsürlərin əli ilə müsəlmanlara yapışdırılmış “təkfir, terror, zokrakılıq və vəhşiliyi” müqəddəs İslam dininin çöhrəsindən yumaq  və məzlumların kənarında dayanaraq zalimlə mübarizə aparmaq üçün səfərbər etməkdir.



Onun dediklərinə görə, bu iclasın qurulmasından məqsəd bu iclasda düşmənin İslam və müsəlmanları bədnam etmək üçün tökdüyü hiylə və planları aşkar etmək və İslam dininin və peyğəmbərimizin aləmlərə rəhmət olduğunu göstərməkdir.



Qeyd edək ki, bu toplantının haşiyəsində “İslami film bazarı”nın 6-cı turu da keçiriləcəkdir ki, məqsəd kino istehsalçıları üçün iş və bazar tapmaqdır. Bu turda 90 nəfərin iştirakı ilə 800 əsər sərgilənəcəkdir.



Toplantıda media əhlindən olan şəhid ailələri təqdir və təltif olunacaqlar.  



3344605

Teqlər: İslam ، kiv ، media ، islamimedia
captcha