IQNA

Məşhur "Həzrəti Yusif" filminin rejissoru vəfat edib

23:32 - February 27, 2016
Xəbər sayı: 3480228
Tehran, 27.02.2016 - Dünyaca məşhur rejissor, aktyor və ssenarist, əslən azərbaycanlı olan Fərəcullah Sələhşur 63 yaşında vəfat edib.

İQNA-nın verdiyi xəbərə görə,Fərəcullah Sələhşur bu gün səhərə saatlarında ağ ciyər xərçəngi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Fərəcullah Sələhşur 3 noyabr 1952-ci ildə İranın Qəzvin şəhərində anadan olub.

F. Sələhşur məşhur "Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru olub. Həmin serial 7 ilə çəkilib.

O həmçininƏyyub peyğəmbər, Anceles kişiləri və Yusif Peyğəmbər kimi tarixi-dini televiziya seriallarının rejissorluğunu etmişdir.

"Yusif Peyğәmbәr", (Ancolos Kişilәri) " Men of Anjolos ", "Hәqiqi Tövbә", "Әyyub Peyğәmbәr" vә s. onun dәyәrli işlәrindәndir. Fәrәcullah Sәlәhşurun son işi "Musa Peyğәmbәr" serialı olub.

Allah rəhmət etsin!


captcha