IQNA

Nablosda Həzrət Yusif peyğəmbərin məqbərəsinə hücum etdilər

11:05 - November 09, 2016
Xəbər sayı: 3480978
Tehran, 09.11.2016- Fələstinin Nablos şəhərində yerləşən Həzrət Yusif peyğəmbər (s) məqbərəsi anonim şəxslər tərəfindən molotov kokteyil şüşəsi atılmaqla hücuma məruz qalıb.

Nablosda Həzrət Yusif peyğəmbərin məqbərəsinə hücum etdilər

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Fələstinin "MƏA" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Fələstinin Nablos şəhərində yerləşən Həzrət Yusif peyğəmbər (s) məqbərəsi cari həftənin birinci günü, 07 noyabr 2016-cı il tarixində, anonim şəxslər tərəfindən üç ədəd molotov kokteyil şüşəsi atılmaqla hücuma məruz qalıb.

Fələstin təhlükəsizlik mənbələrinin verdiyi xəbərə görə, Fələstinin Nablos şəhərinin şərqində yerləşən Bəlatə düşərgəsi yaxınlığında anonim şəxslər üç ədəd molotov kokteyil şüşəsi ilə Həzrət Yusif peyğəmbərin (s) məqbərəsinə hücum ediblər.

Odlu molotov kokteyil şüşələri məqbərənin içərisinə düşərək qəbirin daxili divarlarını yandıraraq zədələmişdir.

Fələstin təhlükəsizlik mənbələri bu xəbər elan edərək dedilər: Fələstin Muxatar Hakimiyyətinin təhlükəsizlik qüvvələri hadisə yerinə gediblər və bu hücumun amilləri haqqında axtarışa başlayıblar.

Qeyd edək ki, sinonist yəhudi radikallar vaxtaşırı sionist rejiminin silahlı qüvvələrinin himayəsi altında İslami müqəddəslərə, məzhəbi məkanlara və Fələstinin tarixi abidələrinə hücumlar edirlər ki, neçə gün öncə də Qüds şəhərində bir məscidə od vurmuşdular.

http://iqna.ir/fa/news/3544338


captcha