IQNA

Əqsa məscidində 40 min fələstinli namaz qıldı

8:14 - May 29, 2021
Xəbər sayı: 3489932
Ötən gün, həftənin Cümə günü, 28 May 2021-ci il, on minlərlə fələstinli Beytul-Müqəddəs şəhərinin Əqsa məscidində Cümə namazı qılıblar.

Ötən gün, həftənin Cümə günü, 28 May 2021-ci il, on minlərlə fələstinli Beytul-Müqəddəs şəhərinin Əqsa məscidində Cümə namazı qılıblar.

Sionist İsrail rejiminin şiddətli təhlükəsizlik tədbirlərinə və namazqılanlara maneə törətmək istəklərinə rəğmən Cümə günü 40 min nəfər fələstinli Cümə namazını Əqsa məscidində qılıb.

Bu barədə işğalda olan Qüds şəhərinin İslami Fondlar İdarəsinin baş direktoru İzam əl-Xətib məlumat verib.

Fələstinlilər Beytul-Müqəddəsin müxtəlif regionlarından Cümə günü səhər saatlarında Əqsa məscidinə toplaşmağa başlayıblar.

Sionist rejiminin terrorist muzdurları Əqsa məscidinə gələn yollarda axtarış postları qururaq fələstinli müsəlmanların Cümə namazına gəlməsinə əngəl olmağa çalışıblar.

Qeyd edək ki, son günlərdə radikal sionist yəhudilər israil polisinin müşayəti ilə Əqsa məscidinə hücum çəkir, məscidə soxulur və məscidə hörmətsizlik edirlər. / iqna

captcha