IQNA

"Məscidlər, bəsirət qərargahı və maarif beşiyi" adlı beynəlxalq vebinar keçiriləcək

15:31 - August 25, 2021
Xəbər sayı: 3490594
"Beynəlxalq Məscidlər Günü" ərəfəsində müsəlman alim və düşünürlərin iştirakı ilə "Məscidlər, bəsirət qərargahı və maarif beşiyi" adlı beynəlxalq vebinar keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həfətnin Cümə Axşamı günü, 26 Avqust 2021-ci il, "Beynəlxalq Məscidlər Günü" ərəfəsində müsəlman alim və düşünürlərin iştirakı ilə "Məscidlər, bəsirət qərargahı və maarif beşiyi" adlı beynəlxalq vebinar keçiriləcək.

"Məscidlər, bəsirət qərargahı və maarif beşiyi" adlı beynəlxalq vebinarı İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının təşəbbüsü və Beynəlxalq Müsəlman Qadınlar Birliyi və Naibuş-Şəhid Müəssisəsinin həmkarlığı ilə keçirilir.

Vebinarda HƏMAS İslami Cihad Hərəkatı, Beynəlxalq Müsəlman Qadınlar Birliyi, Livan HİZBULLAH təşkilatının qadınlar şöbəsi, Fələstin Milli Məclisi, Livan İslam Hərəkatının qadınlar heyətinin mediası və digər ictimai təşkilatların nümayəndələri və İslam dünyasının araşdırmaçıları iştirak edirlər.  

Vebinarda müsəlmanların ilk qibləsi olan Əqsa məscidinin yandırılması, İslam ümməti tarixində məscidin rolu, məscidin cəmiyyətin maarifləndirilməsi və cəmiyyətə agahlıq verməsində təsiri, məscidin İslam ümmətinin vəhdətini gücləndirməkdə və təkfirçiliyin aradan götürülməsində rolu və müsəlmanların ailəvi, fərdi və sosial problemlərin həllində məscidin təsiri kimi məsələlər müzakirə ediləcək.  

"Məscidlər, bəsirət qərargahı və maarif beşiyi" adlı vebinar sabah Tehran vaxtı ilə saat 15:00-dan 17:00-dək onlayn keçiriləcək.

Vebinarı  abarat.tvlive.taqrib.ir internet saytları üzərində izləmək mümkündür. / iqna

captcha