IQNA

Avropalı tələbələr ƏRBƏİN yürüşündə iştirak edəcəklər

13:01 - September 04, 2021
Xəbər sayı: 3490656
Avropalı tərələbələrin "Hüseyn (ə) yolçuları" adlı ziyarət karvanı ötən il təsis edilib və ilk dəfə də keçən il ƏRBƏİN ziyarəti piyada yürüşündə iştirak ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropalı Tələbələr Karvanı bu il yenə də ƏRBƏİN ziyarəti piyada yürüşündə iştirak etmək üçün İraqa səfər edəcəklər.

Avropalı tərələbələrin "Hüseyn (ə) yolçuları" adlı ziyarət karvanı ötən il təsis edilib və ilk dəfə də keçən il ƏRBƏİN ziyarəti piyada yürüşündə iştirak ediblər.

Bu il də "Hüseyn (ə) yolçuları"  karvanı ƏRBƏİN ziyarəti üçün elan verib və ziyarətə getmək istəyənlərin qeydiyyatına başlayıb.

Avropalı tərələbələrin "Hüseyn (ə) yolçuları" adlı ziyarət karvanına qoşulmaq istəyənlər Sentyabr ayının 10-dək qarşıdakı link - https://isfua.org/arbaein/ - vasitəsi ilə qeydiyyatdan keçə bilər və ətraflı məlumat əldə etmək üçün 00380731595207 nömrəli telefon ilə əlaqə saxlaya bilərlər.

Avropanın İslami Tələbələr Birliyi elan edib ki, ƏRBƏİN səfəri Sentyabr ayının 24-dən başlayacaq və Oktyabr ayının 2-dək davam edəcək. Həmçinin İraqa viza almaq üçün koronavirusa görə vaksin kartının olması zəruridir.

Avropalı Tələbələr Karvanına qoşulanlar üçün İraqa viza pulsuzdur.

Onlar bir həftəlik səfərdə Kərbəla, Nəcəf, Samerra və Kazimeyn şəhərlərində müqəddəs məkanları ziyarət edəcəklər./iqna

captcha