IQNA

GMİ Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı münasibətiylə başsağlığı verib

13:12 - September 04, 2021
Xəbər sayı: 3490657
GMİ-nin şeyxi və ruhaniləri Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı münasibətiylə ailəsinə, dini hövzə əhlinə və alimin şəxsiyyətinə hörmət qoyan bütün insanlara dərin hüznlə başsağlığı verib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Gürcüstanın bir çox dəyərli ruhaniləri Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı münasibətiylə ailəsinə, yaxınlarına, müctəhidlərə, tələbələrinə və şəxsiyyətinə hörmət qoyan bütün insanlara dərin hüznlə başsağlığı verib:

“Bağışlayan və mehriban Allahın adı ilə

İraqın dörd böyük alim və fəqihlərindən biri olan, din yolunda bir çox xidmətləri elmi töhfələri və əsərləri ilə tanınan böyük nüfuzlu şəxsiyyət Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı münasibətiylə ailəsinə, yaxınlarına, müctəhidlərə, tələbələrinə və şəxsiyyətinə hörmət qoyan bütün insanlara dərin hüznlə başsağlığı veririk.

Allah Taaladan o mərhum üçün ilahi rəhmət, məğfirət diləyirik!

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti”

GMİ Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı münasibətiylə başsağlığı verib

captcha