Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, birinci partlayış 400 çarpayılıq xəstəxananın qarşısında, ikinci partlayış isə xəstəxananın yaxınlığında baş verib.