"İQNA", "Xəbərlər 24"-ə istinadən xəbər verir ki, Bu kitab Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının tərcümə bürosunun sifarişi və xanım “Əndəng Züleyxa Socilavati” tərəfindən 286 səhifə olmaqla İndoneziya dilinə tərcümə edilib. Bu kitab Ümumdünya Əhli-Beyt (ə) Assambleyası və İndoneziya Cakarta İslam Mərkəzinin həmkarlığı ilə nəşr olunub.
Müəllif bu kitabda islami inancların bir sıra əsas və alt prinsiplərini Quranda araşdırıb. Bu ilahi kitabın bu mövzuda baxışını araşdırıb və vəhy obyektivindən onları tanıtmağa çalışıb.
Ayətullah Misbah Yəzdi hər bir məsələni araşdırarkən Qurandan bir neçə ayə və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə istinad etmişdir. O, Quran maarifinə verilən yanlş təfsirlərə işarə etmişdir.
4041589