"İQNA", "New Street Times"-a istinadən xəbər verir ki, Resto Fondu tərəfindən Şah Aləmdəki Salangur Beynəlxalq İslam İncəsənəti Kompleksində nəşr olunan bu tərcüməni Selanqor sultanı Sultan Şərafuddin İdris şah təqdim edib.
Bu mərasimdə Sultan və həyat yoldaşı bu kolleksiyanın İslam İncəsənət Qalereyasını da ziyarət ediblər.
Resto Fondunun icraçı direktoru Əbdül Lətif Mirasa çıxışında deyib: "Quranda ayələrin məna və izahını təmin etmək üçün Çin dilinə tərcümədə 2000-dən çox haşiyə var."
O, deyib ki, bu tərcümə əvvəlki tərcümələrdən daha axıcıdır. Həmçinin bildirib ki, bu Quranın çapı ilkin mərhələdə beş min nüsxə ilə həyata keçiriləcək və növbəti çapın sayı toplanan büdcədən asılı olacaq.
4052746