IQNA

Quran Surələri /4

"Nisa" surəsi qadınlara həsr olunan bir surədir

13:42 - June 15, 2022
Xəbər sayı: 3492409
İslamda mühüm məsələlərdən biri qadının cəmiyyətdə və ailədəki roludur. Bu məsələnin əhəmiyyətini başa düşmək üçün Qurani-Kərimin dördüncü surəsinə müraciət etmək olar. Harada ki, bir surə qadınlara həsr olunub və onların adına yazılıb.

"Nisa" surəsi Mədinə də nazil olan surələrdən biridir. Sosial məsələlərin bunda daha çox əhəmiyyətli olacağı gözlənilir. Bu surə 176 ayədən ibarətdir. Qurani-Kərimin dördüncü surəsidir. O, Quranın dördüncü, beşinci və altıncı cüzündə qərar tutub. Amma Peyğəmbərə (s) nazil olan doxsan ikinci surədir.

Bu surə Nisa (qadınlar) adlanır. Çünki bu surədə qadınlarla bağlı bir çox fiqhi hökmlər qeyd edilmişdir. Bu surədə qadın mənasına olan "Nisa" 20 dəfə işlənib. Qurani-Kərimin surələrindən birinin qadınlara həsr olunması İslamda qadın məsələsinin əhəmiyyətini göstərir.

Qadınların əmlakının zorla ələ keçirilməsinin qadağan edilməsi (19-21), qadın növləri və onlarla evlənməniin hökmləri (22-28), qadın Hüquqlarına Hörmət (127-130) və kişilər və qadınlar arasında hüquqi fərqlər (32-35) bu surədə qadınlar barədə bəhs edilən əsas mövzulardan biridir. "Nisa" surəsində həmçinin nikah və irs qaydalarından bəhs edilir. Onların arasında namaz, cihad və şəhadət verməyin hökmlərindən danışılır.

Bu arada Quranın qadınla bağlı məsələlərlə üzləşməsi də maraqlıdır. Çünki o dövrün cəmiyyətində qadınların diqqətə alınmayan hüquqlarını sadalayırdı. Bunlardan biri də illər ərzində inkişaf edən qadınların maddi hüquqlarının rəsmiyyətə tanınmasıdır.

Bu surədə ən mühüm ictimai vahidin, yəni ailənin saxlanmasının zəruriliyi vurğulanır. Nikah cəmiyyətin iffətinin, eləcə də cəmiyyət üzvlərinin qarşılıqlı hüquq və vəzifələrinin qorunub saxlanmasında tanınmış amildir.

Buna uyğun olaraq ailə məfhumları və qadınla bağlı məsələlər Quranın bu surəsində iç-içə və əlaqəlidir.
Bu surə həm də iki mühüm tarixi əhvalatdan bəhs edir. Bəhs olunan hekayələrdən biri 118-120-ci ayələrdə qeyd olunan şeytanın insanı azdırmaq üçün and içməsi ilə bağlıdır. İkinci hekayə İsrail xalqının azğınlıq hekayəsinə işarə edir ki, bu mövzular arasında Musadan Allahı göstərməsini istəmək, buzova sitayiş etmək, peyğəmbərləri öldürmək, Məryəmə böhtan atmaq və İsanı öldürdüyünü iddia etmək daxildir.

Digər tərəfdən, möminləri düşmənlərin fitnə və kinlərindən xəbərdar edir. Hərtərəfli hazırlığı və məlum düşmənlərlə qarşıdurmanı zəruri hesab edir. Bu istiqamətdə cəmiyyətin rəhbərliyinə itaət, "Nisa" surəsinin mühüm ayələrindən birində bəhs edilən önəmli məsələdir.

Oxşar xəbərlər
captcha