IQNA

Seyidüş-Şühəda (ə) ilə ictimai həyat / 3

İmam Hüseynin (ə) yanında namazın şirinliyi

16:31 - September 14, 2022
Xəbər sayı: 3492924
Məqsəd və motivasiya insanların şəxsiyyətini müəyyən edir. İmam Hüseyn (ə) namaz qılmaqla və namazın şirinliyini dadmaqla və dadızdırmaqla həyatının və qiyamının məqsədini göstərmişdir.

Ərbəin günləri münasibəti ilə Quran eksperti Höccətül-İslam Seyyid Cavad Behiştinin “Seyidüş-Şühəda (ə) ilə ictimai həyat” adlı söhbətindən İmam Hüseynin (ə) həyatından bugünkü insan həyatı üçün əməli dərslərə nəzər salmaq istəyirik: Bu çıxışın üçüncü hissəsini aşağıda oxuya bilərsiniz:

Məqsəd və motivasiya insanların şəxsiyyətini müəyyən edir. İmam Hüseynin (ə) qiyamında məqsəd nə idi? Cavab aydındır. Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya getdikləri yeddi ayda yalnız Allah üçün ayağa qalxdılar. O, bütün qərarlarını namaza bağlamışdır. Bununla bağlı dəstəmaz alıb iki rükət namaz qılıb, sonra mövqeyini açıqlayıb.

Məkkədən çıxanda azan oxumaq üçün bir nəfəri öz karvanlarına müəzzin elan etdilər. Nəql olunur ki, müharibə tasua günü olmalı idi. Lakin İmam Hüseyn (ə) öz qardaşı Həzrət Əbülfəz Abbası (ə) müharibəni bir gün gecikdirmək üçün düşmənlərlə danışıqlara göndərdi. Niyə? Necə ki, İmam Hüseyn (ə) buyurur: "Sən bilirsən, mən namazı sevirəm ... Həyatımın bu son gecəsini namaz ilə keçirmək istəyirəm".

Aşura səhəri azan verib camaatla namaz qıldı və günorta namazının vaxtını xatırladan Əbu Somamə Səidiyə təşəkkür etdi. Aşura günü günorta namazını düşmənin oxları qarşısında qıldılar. İstər Ərbəin yürüşündə olanlar, istərsə də gedə bilməyənlər, hamımız namazlarımız haqqında Seyidüş-Şühədadan ilham almalıyıq.

İslam bizdən məhəbbətlə, ixlasla və şövqlə əvvəl vaxtı camaatla qılınan namazı istəyir. İmam Hüseyndən (ə) istəməliyik ki, Allahdan istəsin ki, özünün qıldığı namazların şirinliyini bizə də dadızdırsın.

İmam Səccad (ə) Allahdan istəyir: "İlahi, Mənə bəndəliyin şirinliyini daddır, münacatının şirinliyini mənə daddır, Səni zikr etməyin şirinıiyini mənə daddır". Bu elə şirinliklərdir ki, əgər dadsaq buraxmayacayıq.

Peyğəmbər (s) namaza olan əlaqəsini başqa bir misalla izah edir və buyurur: "Uca Allah gözlərimin nurunu namazda qoydu və namazı qəlbimə əziz etdi; Necə ki, ac-susuz qəlbə yemək və suyu əziz etdi. Ac yemək yeyəndə doyar, susuz su içəndə susuzluğu yatar. Amma mən namazdan doymuram".

Ərbəin zəvvarlarının bir-birinə namaz qılmağı tövsiyə etmələri nə qədər yaxşıdır. Namazlarımızdan qəflət etməyək. “Bir-birlərini haqqa və səbirə dəvət edirlər”. Ərbəin səfərindən qayıdarkən namazlarımız başqa bir rəngdə və halda olsun.

 

4082324

captcha