IQNA

Həzrət Zeynul-Abidinin (ə) duasında Quran əxlaqının təzahürü

20:30 - November 01, 2022
Xəbər sayı: 3493184
İmam Zeynul-Abidinin (ə) qeyd etdiyi aşiqanə dualardan biri də gözəl əxlaq və əməllər toplusunun tanıtdırılmasıdır. Bu səbəbdən də o, Məkarim Əxlaq duası (əxlaqi fəzilətlər) kimi tanınır.

Zeynul-Abidin (ə) (miladi 713-cü ildə vəfat edib) Peyğəmbərin (s) nəvələrindəndir ki, İmam Səccad (ə) adı ilə məşhurdur. O, bu ​​duada bir çox pis əxlaq və günahları tanıtdırır və gözəl əxlaqi sifətləri sadalayır. Bu duanın 10-cu bəndində deyilir:

"Allahım! Muhəmməd və onun ailəsinə salavat göndər və məni ləyaqətlilərin zinəti ilə bəzə. Təqvalıların zinətini mənə geyindir. Ləyaqətli və təqvalıların zinəti bu işlərdədir: Ədaləti yaymaq, qəzəbi udmaq, fitnə odunu söndürmək, pərakəndə olanları bir yerə toplamaq, insanların arasını islah etmək, insanların yaxşılıqlarını aşkar etmək, insanların eyiblərini örtmək, mülayimlik, təvazökarlıq, xoş rəftar olmaq, aramlıq, vüqar, gözəl əxlaq, fəzilətə can atmaq, yaxşılıq və xeyirxahlığı seçmək, danlamağı tərk etmək, haqqı olmayana yaxşılıq etmək, çətin də olsa doğrunu söyləmək, çox da olsa, yaxşı söz və əməlini kiçik görmək, Az da olsa, pis danışıq və davranış çox saymaq. İlahi, bütün bunları sənə itaətimi davam etdirməklə, müsəlmanlarla yoldaşlıq etməklə, bidət əhlindən və dində batil fikirlər işlədənlərdən əl çəkməklə tamamla.

Duanın bu hissəsində qeyd olunanlar bütün insanların, o cümlədən mömin və inanmayanların bu ləyaqətli xüsusiyyətlərə nail ola biləcəyi əxlaqi gözəlliklərin siyahısıdır.

Çox insan var ki, iman gətirmir, amma yaxşı xasiyyətlidir və başqalarına yaxşılıq edir, ya da səbri çox yüksəkdir.

Məkarimul-əxlaq duasının bu hissəsində Allahdan diləyirik ki, bu duada xüsusilə ictimai münasibətlərdə qeyd olunan hər bir şeyi, əxlaqi gözəllikləri bizdə inkişaf etdirsin ki, onu etməkdən və davam etdirməkdən yorulmayaq.

Duanın son hissəsində möminin kamillik axtarışında olduğunu və nöqsanlardan çəkindiyini bildirən bir cümlə var.

İmam Səccad (ə) da rəmzi olaraq bir mömin kimi Uca Allahdan bu əxlaqi keyfiyyətlərdə kamillik dərəcəsinə çatmasını və nöqsanlardan azad olmasını istəyir.

Təbii ki, bu gözəl xüsusiyyətlərin hər birinin dərəcələri vardır. Hər kəs onları özündə istədiyi dərəcədə yetişdirə bilər. hətta aza da qane ola bilər. Amma digər tərəfdən, bütün bu keyfiyyətləri özündə ən yüksək dərəcədə yaratmaq istəyən başqa bir insan da var.

Səhifə Səccadiyyənin 20-ci duasının bu hissəsinin təfsirində deyilir ki, əgər insanda kamillik axtarmaq hissi azalarsa, İnsanın naqisliyə alışması və əsas insan fitrəti olan mükəmməllikdən uzaqlaşması, məhdudiyyətlər və çatışmazlıqlar içində yaşaması mümkündür.

*Məhəmməd Cavad Hacı Əli Əkbərinin Səhifə Səccadiyyənin təfsiri barədəki çıxışından götürülmüşdür.

4094374

captcha