IQNA

Misirli Qari: "Qarilər qiraət etməzdən əvvəl onun elmini öyrənməlidirlər"

10:36 - April 25, 2023
Xəbər sayı: 3494072
Misir radio və televiziyasının qarisi Şeyx Mahmud Əbdül-Basit Quran oxuyanlara gözəl səsə malik olmaqla yanaşı, Quran tilavəti ilə bağlı bilikləri də yaxşı öyrənmələrini tövsiyə edib.

"İQNA", "Boaba Fito"-ya istinadən xəbər verir ki, Misir radio və televiziyasında məşhur qari Şeyx Mahmud Əbdül-Basit deyib: "Mən özümə və qari qardaşlarıma qiraət etməzdən əvvəl elm öyrənməyi tövsiyə edirəm".

O əlavə etdi: "Gözəl səs böyük nemətdir və Quran tilavətində bənzərsiz olmağa çalışın".

Misirdə Quran tilavətinin vəziyyətinin yaxşı olduğunu və orada ixlaslı və din alimləri olduğu müddətcə də yaxşı olacağını deyən Şeyx Mahmud Əbdül-Basit qarilərə tövsiyə edərək dedi: "Özümə və Quran oxuyan qardaşlarıma tövsiyə edirəm ki, işləri etməzdən əvvəl gəlin o işin elmini öyrənək".

Bu misirli qari təsirləndiyi şəxsiyyətlər haqqında dedi: "Mən atamdan təsirləndim. Ondan fədakarlığı və xeyirxahlığı öyrəndim. Həmçinin Rəbbimin mənə öyrətdiklərindən insanlara fayda verməyi öyrəndim".

O, sözünə belə davam etdi: "Mən habelə müəllimim Şeyx Əbdül-Cavad Ətiyyədən təsirləndim. Ondan Quranı sevməyi öyrəndim. Başqalarını Qurana tabe olmağa dəvət etməmişdən əvvəl Allahdan qorxmağı və özümün ona əməl etməli olduğumu öyrəndim".

4136057

captcha