IQNA

Namazla tanışlıq / 13

Cümə və camaat namazı

14:58 - April 25, 2023
Xəbər sayı: 3494077
Cümə və camaat namazı müsəlmanların izzət və böyüklüyünün sirridir ki, vacib olmasa da, çox tövsiyə olunur.

 Namazın özü vacibdir. Camaatla qılınması isə müstəhəbbdir və ona çox tövsiyə olunmuşdur. Gündəlik vacib namazlarla yanaşı, gecə-gündüz qılınan və “Nafilə” adı ilə tanınan müstəhəb namazlar da vardır. Digər müstəhəb namazlar da var ki, müxtəlif gün və münasibətlərdə qılınması vurğulanır.

İbadət eşqi müvəhhid və allahpərəst insanı müstəhəb, nafilə namazlarına və gecə namazına tərəf çəkməlidir. O, yalnız vacib namazlarla kifayətlənməməlidir.

Camaat namazının savabı təsvir edilə bilməz. Özü də ki, Allahın evi olan məsciddə müsəlman cəmiyyətinin toplaşdığı bir yerdə olsun.

Həftədə bir dəfə qılınan Cümə namazının ibadət yönü ilə yanaşı, ictimai, siyasi və mədəni cəhətləri də var. Həmçinin müsəlmanların cərgələrini birləşdirir, təfriqəçilərin hiylələrini, düşmənlərin bədxah təbliğatını zərərsizləşdirir.

Cümə və camaat namazı müsəlmanların izzət və əzəmətinin sirridir.

Camaat namazı insanları, onların ehtiyac və problemlərini tanımaq, müsəlmanların problemlərini həll etməyə əməkdaşlıq etmək üçün bir fürsətdir.

Camaat namazı, qısa və gecikməklə qılınsa da uzun və vaxtında qılınan tək namazdan qat-qat daha çox savab və dəyərə malikdir.

Cümə və camaat namazlarının cərgələrində hamı həmrəy və ahəngdar və birlik olur.

Birlik olduğumuzda eqoizm əriyir.

Allahın rəhməti möminlərə də şamil edilir.

Hədisdə buyurulur: "Hər kim camaat namazının səsini eşidib ona etina etməsə, namazı dəyərsiz olar".

Camaat namazında mütəmadi olaraq iştirak etmək insanı nifaq və riyadan sığortalayır.

  • Möhsin Qəraətinin yazdığı "Namazla tanışlıq" kitabından götürülmüşdür.
captcha