IQNA

Müsəlman boks məşqçisinin gənclərə təsir etmək üçün xüsusi üsulu

20:12 - May 11, 2023
Xəbər sayı: 3494163
Britaniyada müsəlman boks üzrə məşqçi Boltonun narkotik alveri ilə məşğul olan bədnam bölgəsində yaşayan gənclərin həyatını dəyişdirdiyinə görə ictimaiyyət tərəfindən təriflənib.

"İQNA", "Asian Image"-ə istinadən xəbər verir ki, Adı Məhəmməd olan bu 44 yaşlı boks məşqçisi narkotikdən istifadənin zərərləri barədə maarifləndirməkdən əlavə, gəncləri boksla tanış etmək üçün küçədən öz məşq zalına gətirir.

Məhəmməd on bir ildir ki, boks üzrə məşqçi işləyir və deyir: "Mən 6-12 yaş arası uşaqlara, gənclərə və böyüklərə boks öyrədirəm".

Bu boks məşqçisi həmçinin deyib: "Biz onlara nizam-intizam öyrətməyə çalışırıq, həyatla bağlı nəsihətlər veririk. Onları narkotik və alkoqoldan və fiziki və ruhi sağlamlığa yaxşı olmayan hər şeydən uzaq durmağa təşviq edirik".

Məhəmməd əlavə edib ki, bu idman zalının qapıları təkcə Asiyadan olanlara və ya müsəlman cəmiyyətinə deyil, hamının üzünə açıqdır.

O, həmçinin dedi: "Mən sadəcə məşqçi deyiləm, tələbələrimə ata və dostam. İndiyə qədər gördüyümüz işlərin nəticəsində, son bir neçə ildə zorakılıq və narkomaniya azalıb və ərazi bir qədər sakitləşib".

Bölgədəki bir çox gənc indi təhsil almağa və biznes qurmağa daha çox maraq göstərir və bu dəyişiklik Boltonda baş verir.

İndiyədək klubun üç üzvü son bir neçə ayda İslamı qəbul edib.

Bu boks məşqçisi deyir ki, fiziki fəaliyyətlə bədən sağlamlığını qoruyub saxlamaq İslamda çox tövsiyə olunur. Mən bu təlimlərdən gəncləri sağlam həyat tərzinə yönləndirmək üçün istifadə edirəm.

4140227

captcha