IQNA

Ailə və qadın Quran baxımından / 9

Ev; Sevgi və mehribanlıq mühiti

11:12 - July 18, 2023
Xəbər sayı: 3494475
TEHRAN (IQNA) - İslam nöqteyi-nəzərindən ev dostluq və mehribanlıq mühitidir. Bu məsələdə qeyd olunan rəvayətlərə əməl etsək, həyat xoşbəxtlik və şirinliklə dolu olar.

Kişilərin qadınlar üzərindəki haqlarından biri də budur ki, qadının əri ilə əlaqəsini kəsib yatdığı yeri ondan ayırmağa haqqı yoxdur.

Kişilərin evdən kənarda, qadınların ev daxilində vəzifələrinin bölünməsi adətdirsə, bu halda kişi qadını təhdid edən təhlükələrə daha çox bələddir. O, natəmiz kişilər haqqında daha çox məlumatlıdır. Bu məsələyə qadınların təhlükəsizliyinin təmin edilməsi prizmasından yanaşsaq, bu İslamın qadınlara verdiyi əhəmiyyətini göstərir.

Əhdlərə sadiqlik hər yerdə lazımdır; Bu məsələni burada qeyd etmək daha çox vurğulamaq üçündür; Həmçinin rəvayətdə qeyd olunur ki, qadın ərinin andını önə çəkməli, başqalarının əri haqqında nalayiq sözlərinə inanmamalıdır.

Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, eşq və məhəbbət kişinin qadın üzərindəki haqlarından biridir. Məvəddət dostluğun ən aşağı mərtəbəsidir, məhəbbət isə ən yüksək mərtəbədir və şəfqət də bu məsələdə ən yüksək mərtəbədir. (Şəfqət, məhəbbət və məvəddət kəlmələrinin hər üçü dostluq mənasındadır. lakin onların mərtəbələri və ölçüləri fərqlidir, ona görə də şəfqət ən böyük ölçüyə malikdir, şəfqətdən sonra məhəbbət, ondan sonra isə məvəddət gəlir).

Bu barədə əlimizdə müxtəlif rəvayətlər var: Qadın ərini qəzəbləndirərsə onun razılığını alması vacibdir. Ərinə hörmətsizlik və əzab vermək haramdır. Əgər qadın əri ondan razı ikən ölsə, hesabsız cənnətə daxil olar.

* Bu, Quranın sosial təfsiri ilə bağlı Məhəmməd Əli Rzai İsfahaninin çıxışından bir hissədir.

3709846

Teqlər: quran ، məhəbbət ، sevgi ، dostluq
captcha