IQNA

Tik Tokun Fələstin xalqına dəstək verilməsindəki rolu

10:44 - December 03, 2023
Xəbər sayı: 3495072
AMERİKA (İQNA) - Araşdırmalar göstərir ki, Tik Tok sosial şəbəkəsindəki məzmun ictimai rəyin Fələstin xalqının xeyrinə cəlb edilməsində mühüm rol oynayır.

"İQNA", "Ərəb 21"-ə istinadən xəbər verir ki, yeni araşdırma bu sosial şəbəkədəki məzmunun istifadəçilərin Qəzza müharibəsi ilə bağlı fikirlərinə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərib.

GitHub platforması tərəfindən aparılan araşdırmalar göstərib ki, gündə yarım saat Tik Tokdan istifadə edən istifadəçilərin işğalçı İsrail rejiminə qarşı fikir bildirmə ehtimalını 17% artırıb. Bu ehtimal Instagram-da 6%, X sosial şəbəkəsində isə 2% təşkil edir.

Bu araşdırma ABŞ-da istifadəçilər arasında platformada həştəq əlaqəsi haqqında edilib. Noyabrın 29-dan əvvəlki həftədə “Fələstinə azadlıq” həştəqindən istifadənin 200 milyonu ötdüyü məlum olub. Sonrakı sırada Fələstin bayrağına bənzər həştəqlər yer alıb.

Maraqlı məqam ondan ibarətdir ki, “Biz İsrailin yanındayıq” həştəqi cəmi bir neçə milyon istifadə ilə sonuncu yerdədir.

 “Azad Fələstin” həştəqi ilə bağlı videoları ziyarət edən amerikalılarla məşhur xəbər saytlarını və xəbər agentliklərini ziyarət edən amerikalılar arasında da böyük fərq var.

İşğalçı İsrailin Qəzza xalqına zülmü və minlərlə fələstinlinin ölümü ilə bağlı xəbərlər Qərb ölkələrində virtual istifadəçilər arasında böyük marağa səbəb olub. Son zamanlar Amerika və Avropada Qurana və İslam dininə maraq artıb.

4185244

captcha