IQNA

İndoneziyada Qurani-Kərim 26 yerli dilə tərcümə edilib

10:20 - December 14, 2023
Xəbər sayı: 3495126
İQNA - İndoneziyanın Dini İşlər Nazirliyi Qurani-Kərimi ölkənin 26 yerli dilinə tərcümə edib.

"İQNA", "Tempo" saytına istinadən xəbər verir ki, İndoneziya Dini İşlər Nazirliyi Quranı Dini Xəzinələr və Təşkilati İdarəetmə Araşdırma və İnkişaf Mərkəzi (LKKMO) vasitəsilə bir çox yerli dillərə tərcümə edib.

Mərkəzin rəhbəri Məhəmməd İşum bildirib ki, Sumatra, Yava, Kalimantan, Sulavesi və Bali adalarında var olan yerli dillərə Quranın 26 tərcüməsi var.

O, həmçinin Mərkəzin digər adaların dillərində araşdırmalara davam etdiyini və Quranın tərcümə proqramının insanların müqəddəs kitabı öz ana dillərində başa düşməsinə kömək etmək məqsədi daşıdığını bildirib.

Məhəmməd İşum bunun İndoneziya hökumətinin “Biz fərqliyik, fərqli dillərimiz, dinlərimiz, qəbilələrimiz, irqlərimiz və qruplarımız var, ona görə də Quranı yerli dillərdə oxuya bilməliyik” şüarına uyğun olaraq həyata keçirildiyini bildirib.

İndoneziya dili "Şərq" və "Qərb" kimi iki əsas kateqoriyaya bölünən Hesperon dillərindən biridir (Strones dilinin bir qolu): Quranın həm tam və həm də bir hissəsi İndoneziya dilinə tərcümə olunub və bu dildə Quranın qırxdan çox tərcüməsi var.

4187448

captcha