IQNA

İngiltərədə İslami xeyriyyə Milad bazarı bəyənildi

17:36 - December 25, 2023
Xəbər sayı: 3495176
İQNA – İslam xeyriyyə təşkilatının Milad bayramı münasibətilə Londonda xeyriyyə bazarı yaratması ehtiyacı olanlar tərəfindən müsbət qarşılanıb.

"İQNA", "V News" saytına istinadən xəbər verir ki, “Müsəlman Əlləri” adlı xeyriyyə təşkilatı ehtiyacı olanlara paylamaq üçün Londonun Hounslow şəhərində pulsuz Milad bazarı yaradıb. Yüzlərlə insan bu yardım bazarından istifadə edib.

Milad şənliklərində müsəlmanların yerli xalqla həmrəyliyini ifadə etmək üçün bu il “Açıq mətbəx” tədbiri təşkil edilib. Açılış mərasimində Şəhər Şurasının üzvləri iştirak ediblər.

“Müsəlman Əlləri” 50-dən çox ölkədə fəaliyyət göstərən, 30-dan çox ölkədə yerli ofisləri olan və böhran bölgələrində fəaliyyət göstərən beynəlxalq yardım təşkilatıdır.

Dünyada yoxsulluqla mübarizə aparmaqla, bu xeyriyyə təşkilatı uzunmüddətli perspektivdə acil yardımdan əlavə, icmalara dəstək olmaqğı da hədəfləyir.

“Müsəlman Əlləri” 30-dan çox ölkədə kiçik bir xeyriyyə təşkilatından beynəlxalq yardım agentliyinə və QHT-yə çevrilmişdir.

O, fəaliyyətinə 1990-cı illərin əvvəllərində, Balkanlarda münaqişələrin ən yüksək səviyyədə olduğu vaxtlarda başlayıb. 1993-cü ildə Bosniya müharibəsinin yaratdığı dağıntılardan təsirlənən Nottingem müsəlmanları kiçik könüllülər qrupu yaradaraq hərəkətə keçərək Bosniya xalqı üçün pul, paltar və dərman toplamağa başladılar.

4189661

captcha