IQNA

İƏT İstanbulda "Fələstin" gündəmin ilə toplanacaq

8:41 - February 25, 2024
Xəbər sayı: 3495522
İQNA - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İnformasiya Nazirlərinin fövqəladə toplantısı İstanbulda “İşğalçı İsrail Administrasiyasının dezinformasiya fəaliyyətləri və İşğal olunmuş Fələstin torpaqlarında jurnalistlərə və media qurumlarına qarşı hücumlar” mövzusu ilə keçirilib.

TRT News-un verdiyi məlumata görə, Rabitə Müdirliyindən verilən açıqlamaya görə, Rəyasət Heyətinin ev sahibliyi edəcəyi toplantıda İsrailin 7 oktyabrdan bəri işğal etdiyi Fələstin torpaqlarında jurnalistlərə qarşı hücumları və dünya ictimaiyyətinə qarşı dezinformasiya fəaliyyətləri müzakirə olunub.

İƏT-ə üzv ölkələrin informasiya nazirləri, rabitə və mediaya cavabdeh qurum rəhbərlərinin qatıldığı iclası İƏT İnformasiya Nazirlərinin müddətli sədrliyini icra edən Prezidentin Kommunikasiyalar Direktoru Fahrettin Altun və İƏT-in baş katibi Hüseyn İbrahim Taha açıb.

İclasda İsrail rejiminin Qəzzada mülki vətəndaşlarla yanaşı 130 jurnalistin ölümünə səbəb olan hücumları, dünya ictimaiyyətini çaşdıran yanlış xəbərlər və dezinformasiya fəaliyyətləri ətraflı müzakirə olunub.

İclasda iştirak edən ölkələrin qəbul edəcəyi yekun bəyannamə toplantının sonunda ictimaiyyətlə paylaşılıb.

Sözügedən görüş İslam Əməkdaşlıq Təşkilatının tarixində sektorlar əsasında keçirilən ilk növbədənkənar toplantıdır.

İƏT İnformasiya Nazirləri Konfransına müddətli sədrlik 2022-ci ildə Səudiyyə Ərəbistanından Türkiyəyə keçib.

captcha