"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, sionist rejim ordusu cümə günü, aprelin 12-də Qəzzənin şərqini bombalayıb və Derc bölgəsindəki tarixi Şeyx Zəkəriyyə məscidini dağıdıb.
Sionist rejim bu hərəkəti Qəzzə müharibəsində tarixi yerləri dağıtmaq siyasətləri çərçivəsində həyata keçirib və ərazinin bombalanması nəticəsində məscid və onun ətrafındakı evlər dağıdılıb.
Şeyx Zəkəriyyə Məscidi Qəzza şəhərinin ən qədim məscidlərindən biridir və onun yaranma tarixi haqqında heç bir məlumat yoxdur. Lakin hicri 749-cu ilin Səfər ayında vəfat etmiş Suriya müftilərindən Şeyx “Zəkəriyyə Əl-Tədmari” adlı şəxs məsciddə dəfn edilib. Sonralar bu məscidə Şeyx Zəkəriyyə adı verilib. Bu, sözügedən məscidin 8-ci əsrin birinci yarısında tikildiyini göstərir.
4210101