IQNA

Təbiətlə rəftarın islah edilməsində dini liderlərin rolu

20:56 - June 06, 2022
Xəbər sayı: 3492356
Təbiəti çirkləndirməkdən çəkinmək ilahi bir əhddir ki, insan onu yerinə yetirməyib və təbiəti məhv edib. Lakin müasir dünyada din ardıcıllarının vəzifəsi ilahi mesajı çatdırmaq və insanın ilahi öhdəliklərini yerinə yetirməsi üçün birləşməkdir.

"İQNA", xəbər verir ki, iranlı müsəlman filosof, müctəhid və hüquqşünas Ayətullah Seyyid Mustafa Mühəqqiq Damad, Papanın dəvəti ilə Vatikanda iştirak edib və ətraf mühitə ilahi baxış mövzusunda danışıb. Bu çıxış ötən ilin oktyabrında Cop26 konfransı ərəfəsində baş tutub. Müxtəlif dinlərin görkəmli xadimlərinin bir-biri ilə məsləhətləşmək və iqlim dəyişikliyi məsələlərinə dair praktiki bəyanatlar vermək üçün dünya şöhrətli alimlərlə fikir mübadiləsi aparmaq üçün Vatikanda toplaşmışdılar.

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə bu konfransda Mühəqqiq Damadın çıxışından bir hissəni diqqətinizə çatdırırıq:

Bu gün yer kürəsində insan siyasətini çətinləşdirən ekoloji böhran mənəvi və intellektual böhrandır və dini liderlər onun həllində mühüm rol oynaya bilərlər. İnsanın dünyaya baxışı iki növdür: ilahi və qeyri ilahi.

İlahi baxışda qarşımızdakı dünya, yəni insan, heyvanlar, dağlar, dənizlər və təbiətin digər hissələri Yaradanın nişanələridir. Bu halda insan təbiətə hörmət edir və özünü onun bir parçası hesab edir. Quranda təbiət insan kimi Allahla danışır və Allahı təsbih edir. Ona görə də təbiət möminlər üçün müqəddəsdir və möminlər təbiətə heç vaxt hörmətsizlik etmirlər.

Quranda deyildiyinə görə Allah insana yaradılışın əvvəlində iki əmr vermişdir. Biri intihardan uzaqlaşmaq, digəri isə təbiəti çirkləndirməməkdir. Təəssüf ki, bu gün insan ilahi əhdi yerinə yetirmir və günahsızları öldürür, təbiəti məhv edir və onda fitnə-fəsad törədir. Müasir dünyada din ardıcıllarının vəzifəsi ilahi risaləti çatdırmaq və bu iki ilahi əhdin yerinə yetirilməsi üçün birləşməkdir.

captcha