İQNA, "Əl-Monitor"-a istinadən xəbər verir ki, ötən ay Misir Vəqflər Nazirliyi qadınların şəri suallarını soruşması üçün Qahirənin dörd müxtəlif məscidində qadınların dini suallarını cavablandıran ilk şuranı işə salıb. Nazirlik Misirin müxtəlif əyalətlərində daha çox oxşar mərkəzlər qurmağı planlaşdırır.
Misirli qadınlar bu hərəkətdən məmnun olduqlarını bildiriblər. Çünki bu, onlara qadın din alimi ilə şəxsi məsələlərdə təkbətək danışmağa imkan verir.
Misirin Darul-İfta sosial şəbəkələrinin direktoru Əhməd Rəcəb deyib ki, bəzən qadınlar kişi təbliğatçılara qadınlara məxsus sualları verməkdən utanırlar. Vəqflər Nazirliyini son beş ildə şəri suallara cavab vermək üçün qadın təbliğatçılar hazırlamağa vadar edən də budur.