Qurani-Kərimin on dördüncü surəsi "İbrahim" adlanır. Bu surə 52 ayədən ibarətdir və Quranın on üçüncü cüzdə qərar tutmuşdur. Məkkədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan yetmiş ikinci surədir.
Bu surəyə "İbrahim" adının verilməsinin səbəbi İbrahim peyğəmbərin (ə) əhvalatının onda nəql olunmasıdır. Hər kim İbrahimi (ə) Quranın tanıtımı ilə tanımaq istəsə, ilk mərhələdə onu özünə tərəf çəkən məhz bu surədir. Bu surə, bu ilahi peyğəmbəri duaları ilə tanıtmışdır.
"İbrahim" surəsində mərifət, baxış və inancdan danışılmışdır. Möminlər üçün yeganə əməli əmr namazı bərpa etmək və aşkar və gizlində infaq etməkdir.
"İbrahim" surəsinin əsas mövzusu tövhid, qiyamətin vəsfi və insanların əməllərinin hesablanmasıdır. Əllamə Təbatəbai surənin əsas mehvərini Quranın vəsfi hesab edir. Çünki o, peyğəmbərin insanları zülmətdən nura və əziz və əzəmətli Allahın yoluna yönəltdiyi risalətinə işarə və nişanədir. Həmçinin Allah hər kəsə nemət bəxş etdiyi üçün onun səadətə dəvətini qəbul edib əzabından qorxmaq lazımdır.
Bu surənin digər mehvərini ilahi elçilərin missiyası təşkil edir ki, ona görə bütün peyğəmbərlər eyni məqsəd güdürmüşlər. Surənin əhəmiyyətli bir hissəsində konkret peyğəmbər göstərilmədən həvarilərin öz müxalifləri ilə söhbətləri və qarşıdurmaları təqdim olunur.
İlahi elçilərin ümumi prinsipləri və mövqeləri və onları inkar edənlərin reaksiyası bu surədə xülasə şəkildə qeyd olunub. Bu surədə "nur" və "zülmət", "xeyir" və "şər", tənəzzül, sabitlik və narahatçılıq kimi təzadların ifadəsi həmişə müxaliflər və inkar edənlər cərgəsi ilə üzləşmiş ilahi peyğəmbərlərin aqibətindən qısa məlumat verilir.